Bank Of Baku

Azərbaycan Milli Məclisinin spikeri bir neçə ölkənin parlament sədri ilə görüşüb

Azərbaycan Milli Məclisinin spikeri bir neçə ölkənin parlament sədri ilə görüşüb
# 24 may 2008 07:46 (UTC +04:00)
Strasburq. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasına üzv dövlətlərin parlament sədrlərinin XIX konfransına çərçivəsində dünyanın bır sıra ölkələrinin parlament sədrləri ilə görüş keçirib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov Fransa Senatının, Polşa Senatının, Türkiyə Böyük Millət Məclisinin, Bosniya-herseqovina və Yunanıstan parlamentlərinin sədrləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın qanunvericilik orqanı ilə həmin ölkələrin analoji qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan Milli Məclisinin sədri bu ölkələrin parlamentləri ilə əməkdaşlıqda və təcrübələrin öyrənilməsində maraqlı olduqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR