Bank Of Baku

Azərbaycanın Malayziyadakı səfiri Perak əyalətinin şahzadəsi ilə görüşüb

Azərbaycanın Malayziyadakı səfiri Perak əyalətinin şahzadəsi ilə görüşüb
# 24 may 2008 10:25 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Perak əyalətinin şahzadəsi Rac Nəzrin Şahla görüşüb. Bu barədə APA-ya səfirlikdən bildirilib. Görüşdə Azərbaycan və Malayziyanın iqtisadi sahədə əməkdaşlığı barədə müzakirə aparılıb. Səfir şahzadəyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib. Tərəflər sosial, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR