Bank Of Baku

NATO Parlament Assambleyasının yaz sessiyası işinə başlayıb

NATO Parlament Assambleyasının yaz sessiyası işinə başlayıb
# 24 may 2008 11:04 (UTC +04:00)
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, sessiyanın iclaslarında NATO-da hazırkı və gələcək tərəfdaşlıq, enerji təhlükəsizliyi, Qara dəniz regionunda din və dövlət, Mərkəzi Asiyada demokratiya və təhlükəsizlik, Əfqanıstanın iqtisadi rekonstruksiyası və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin NATO Parlament Assambleyasının sədri və baş katibi ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin NATO PA-dakı nümayəndə heyətinə vitse-spiker Ziyafət Əsgərov başçılıq edir. Heyətin üzvləri isə millət vəkilləri Məlahət Həsənova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və Tahir Süleymanovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR