Bank Of Baku

Elmar Məmmədyarov amerikalı konqresmen Adam Şifi qəbul edib

Elmar Məmmədyarov amerikalı konqresmen Adam Şifi qəbul edib
# 25 may 2008 09:12 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan-ABŞ əməkdaşlığı, beynəlxalq və regional məsələlər müzakirə olunub. Konqresmen Şif Azərbaycanın enerji təchizatının diversifikasiyasına və İraq və Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinə görə təşəkkürünü bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın sürətli inkişaf templərindən bəhs etmiş və regionun maraqları üçün sülh və sabitliyin vacibliyini qeyd edib. Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verən nazir Ermənistan rəhbərliyi tərəfindən münaqişənin həllinin bütün Cənubi Qafqaza müsbət təsir edə biləcəyinin və Ermənistanın öz maraqlarında olmasının başa düşülməsinin vacibliyini vurğulayıb. XİN başçısı bildirib ki, ABŞ-dakı erməni diasporu Ermənistanın müstəqilliyinin gücləndirilməsində maraqlı olmalı və bu ölkənin mənafelərinin zəiflədilməsi üzrə fəaliyyətlərinə son qoymalıdır. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR