Bank Of Baku

İranda may hadisələrinin ildönümü ilə əlaqədar aksiyalara hazırlıqda günahlandırılan onlarla azərbaycanlı həbs olunub

İranda may hadisələrinin ildönümü ilə əlaqədar aksiyalara hazırlıqda günahlandırılan onlarla azərbaycanlı həbs olunub
# 25 may 2008 09:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranın azərbaycanlılar yaşayan şəhərlərdə 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan aksiyaların qarşısının alınması üçün onlarla azərbaycanlı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təkcə mayın 22-də Təbrizdə 12 azərbaycanlı İran xüsusi xidmət orqanı tərəfindən Məhəmməd Fərhadi, Kərim Məhəmmədzadə, Hüseyn Mirzəxani, Firuz Abbasquluzadə, Rza Abbasquluzadə, Səməd Məhəmməd Cəfəri, Əli Xakpur, Yasir Heydərnejat, Höccət Tarıverdiyan, Höccət Muxtarzadə, İbrahim bəy (soyadı məlum deyil), Vəli Abdullahpur, Mürsəl Bəxşi, Mehdi Dehqani və Bəhruz bəy (soyadı məlum deyil) saxlanılıb. Sonradan onlardan bir neçəsi sərbəst buraxılıb. S. M. Cəfəri və K. Məhəmmədzadənin səhhətində isə problem yaranıb. May hadisələrinin ildönümündən bir neçə gün əvvəl isə Əli Sədiqi, Cəmşid Zareyi, Məhəmməd Yerhun, Əhəd Rəzəvi, Həmid Rzayi, Həsən Ərk və Əkbər Hüseynzadə tutulub. Saxlanılan bu yeddi nəfər haqda isə heç bir məlumat verilməyib. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, mayın 24-də partiya ilə əlaqədə ittiham olunaraq Təbriz sakini Həsən Əsədi saxlanılıb. Onun Təbriz təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir. Qeyd edək ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında azərbaycanlıları tarakan kimi təsvir edən karikatura nəşr edilib. Buna etiraz edən azərbaycanlılar isə yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, etiraz aksiyalarını dayandırmağa nail olublar. Nəticədə 27 nəfər öldürülüb, yüzlərlə adam isə yaralanıb. Bundan sonra isə İran xüsusi xidmət orqanları kütləvi həbslərə başlayıb. Son 2 ildə aksiyalara qatıldığına görə yüzlərlə adam həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR