Bank Of Baku

Müxalifət partiyalarının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı vahid mövqeyinin müəyyənləşdirilməsi məqsədilə toplantı keçiriləcək

Müxalifət partiyalarının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı vahid mövqeyinin müəyyənləşdirilməsi məqsədilə toplantı keçiriləcək
# 25 may 2008 10:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün keçiriləcək toplantının tarixi gələn həftə bəlli olacaq”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov APA-ya bildirib ki, bəzi siyasi qurumlar toplantının Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı başlanacaq müzakirələrdən öncə keçirilməsini istəyirlər. Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işlərinə və partiyalarla məsləhətləşmələrə başlanıb. “İstəyirik ki, müxalifət düşərgəsini narahat edən bütün məsələlər yığıncaqda müzakirəyə çıxarılsın. Bunun üçün də işçi qrup müzakirəyə çıxarılacaq məsələlərin və qəbul olunacaq sənədlərin müəyyənləşdirilməsi ilə məşğul olur. Sənədlərin sayının gözlədiyimizdən daha çox olacağını güman edirəm”. O, müxalifət düşərgəsində təmsil olunan siyasi qurumların bir araya gələcəyinə ümid etdiyini də söyləyib: “Hələlik heç bir partiya hansısa şərtlə çıxış etməyib. Toplantıda iştiraka yox deyən də olmayıb. Amma hesab etmirəm ki, bir neçə toplantı ilə siyasi mühiti dəyişmək və ya birliyə nail olmaq olar. Bu, ilk addım ola bilər. Əgər bu toplantı hansısa namizədin dəstəkləməsi üçün keçiriləcəksə, istəyimiz alınmayacaq. Yığıncaqda müxalifəti birləşdirən məsələlər önə çəkilməli və tədbir davamlı olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR