Bank Of Baku

Qənirə Paşayeva Gürcüstan parlamentinə sədr seçiləcəyi gözlənilən David Bakradze ilə görüşüb

Qənirə Paşayeva Gürcüstan parlamentinə sədr seçiləcəyi gözlənilən David Bakradze ilə görüşüb
# 26 may 2008 08:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayeva Gürcüstan parlamentinin sədri vəzifəsinə yeganə namizəd olan David Bakradze və bir neçə yeni seçilmiş deputatla görüşüb. APA-nın məlumatına görə, mayın 21-də keçirilmiş parlament seçkilərində qələbə qazanmış hakim partiyanın siyahısında birinci olan D. Bakradze Gürcüstan-Azərbaycan əlaqələrinin çox önəmli olduğunu bildirib. O, hökumətlərarası münasibətlərlə yanaşı, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini də vurğulayıb. D. Bakradze yeni parlamentin fəaliyyətə başlamasından sonra Gürcüstan-Azərbaycan dostluq qrupunun yaradılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR