Bank Of Baku

Gürcüstan prezidentinin anası Azərbaycana gələcək

Gürcüstan prezidentinin anası Azərbaycana gələcək
# 26 may 2008 08:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, Gürcüstan-Azərbaycan Dostluq Evinin rəhbəri Qiuli Alasaniya sentyabr ayında Azərbaycana gələcək. APA-nın məlumatına görə, Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Q. Alasaniya ilə görüşdə Azərbaycanın şimal bölgəsində, gürcü və ingiloyların kompakt yaşadıqları bölgədə yeni məktəblər və sosial obyektlər tikildiyini bildirərək, prezidentin anasını həmin tikililərin açılış mərasiminə dəvət edib. O, Azərbaycanda tolerantlığın hər zaman yüksək səviyyədə olduğunu, heç vaxt etnik və milli ayrı-seçkiliyə yol verilmədiyini söyləyib. Q. Alasaniya isə Azərbaycanda gürcü və ingiloylara müsbət münasibətdən məmnunluqla danışıb. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə toxunan Q. Alasaniya təhsil və mədəni sahədə azərbaycanlılar üçün nəzərdə tutulan layihələrə dəstək verəcəyini, gürcü dili kurslarının təşkilində iştirak edəcəyini bildirib. O, azərbaycanlıların həmişə Gürcüstanın dövlətçiliyini dəstəklədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR