Bank Of Baku

Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür

Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür
# 09 iyun 2008 08:19 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1920-ci ilin iyununda baş vermiş Zaqatala üsyanı Azərbaycanın sovetləşməsinə qarşı xalqın ən möhtəşəm etirazı idi. Zaqatala üsyanı həmin dövrdə sovet quruculuğuna qarşı baş qaldırmış Gəncə və Qarabağ üsyanlarından fərqlənirdi. Belə ki, Zaqatala üsyanına birinci olaraq yerli əhalinin silahlı dəstələri başlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun regiondakı hissələri sonradan bu üsyana qoşulublar. Bölgənin məşhur din xadimi Talalı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Qax rayonu ərazisində, Kürmük çayı vadisindəki döyüşdə 11-ci Qızıl Ordu hissələrini darmadağın edərək qısa müddət ərzində Zaqatala quberniyasının bütün ərazisini bolşevik işğalçılarından azad edib. Lakin sonradan əlavə kömək alan 11-ci Qızıl Ordu hissələri üsyanı yatıraraq iyunun 18-də Zaqatalanı yenidən işğal edib. Məğlub olmuş üsyançılara isə divan tutulub. Qeyd edək ki, bu günə qədər Azərbaycanın azadlığı uğrunda vuruşan Zaqatala üsyançılarının xatirəsini əbədiləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR