Saatlıda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet "VAZ 2106" markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.