Bank Of Baku

ATƏT Parlament Assambleyasının prezidenti postunda Qoran Lenmarkeri kimin əvəzləyəcəyi dəqiqləşməyib

ATƏT Parlament Assambleyasının prezidenti postunda Qoran Lenmarkeri kimin əvəzləyəcəyi dəqiqləşməyib
# 09 iyun 2008 09:32 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT Parlament Assambleyasının hazırkı prezidenti Qoran Lenmarker öz postundan qurumun yay sessiyasında uzaqlaşdırılacaq. ATƏT PA-nın mətbuat katibi Klas Berqman APA-ya bildirib ki, sessiyanın 3 iyulda keçiriləcək iclasında quruma yeni prezident seçkiləri keçiriləcək. Hazırda bu posta bir neçə namizəd nəzərdən keçirilir. Onların əksəriyyəti ATƏT və qurumun Parlament Assambleyasının təmsilçiləridir. Qoran Lenmarker ATƏT PA-nın tərkibində fəaliyyətini davam etdirsə də, onun hansı vəzifəni tutacağı sessiyada müəyyənləşəcək. Klas Berqman həmçinin Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə qərarın da sessiyada veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR