Ötən il dövlət və qeyri-hökumət təşkilatlardan, habelə siyasi partiyalardan bina və qeyri-yaşayış və torpaq sahəsi ilə təmin olunmalarına dair 49 müraciət daxil olub.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, bu müraciətlərin 24-ü üzrə həmin təşkilatların yerləşdirilməsi təmin edilib.
Bu sırada 16 siyasi partiyanın fəaliyyəti üçün ofislə bağlı müraciətllərin 14-ü müsbət həll edilərək müvafiq partiyalara müasir iş şəraiti ilə təmin olunmuş sahələr icarəyə verilmiş, digər 2 müraciət üzrə hazırlıq işləri başa çatdıqdan sonra ofis üçün bina sahələrinin ayrılması təmin olunacaq.