Bank Of Baku

Deputat: “Bələdiyyələrin əsas problemi yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”

Deputat: “Bələdiyyələrin əsas problemi yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”
# 09 mart 2021 12:49 (UTC +04:00)

“Bələdiyyələrin qaldırdığı əsas problemlərindən biri yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bu asılılıq aradan qaldırılmadığı müddətcə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz: “Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmir”.

Deputat deyib ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir: “Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR