Bank Of Baku

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib
# 04 fevral 2021 19:36 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib.

 APA-nın xəbərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilib:

 1. Aşağıdakı məzmunda 1.9.7-1-ci və 1.9.10-1-ci yarımbəndlər əlavə edilsin:

 “1.9.7-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”;

 “1.9.10-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

 2. 2.1.2-ci yarımbəndə aşağıdakı məzmunda 6-1-ci abzas əlavə edilsin:

“6-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”.

 3. 2.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

 “1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR