Bank Of Baku

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsi prosesi sabah başa çatır

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsi prosesi sabah başa çatır
# 11 yanvar 2024 08:00 (UTC +04:00)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları Səsvermə gününə 45-25 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə səsvermə gününə 24-3 gün qalanadək təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR