Bank Of Baku

Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var

Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var
# 29 avqust 2026 18:30 (UTC +04:00)

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR