Bakı. Etibar Məmmədov - APA. “El” Hərəkatının qurultayı sentyabr-oktyabr aylarında keçiriləcək.
Bu barədə APA-ya məlumat verən hərəkatın Təşkilat Komitəsinin üzvü Zəfər Quliyev bildirib ki, hazırda qurultaya hazırlıq işlər aparılır: “Əslində qurultayın yay aylarında keçirilməsi planlaşdırılırdı. Lakin vaxt məhdud olduğundan, qurultayın payızın əvvəllərində keçirilməsi nəzərdə tutulur. Hazırda Təşkilat Komitəsi bu istiqamətdə işlər aparır”.