Bank Of Baku

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
# 27 noyabr 2026 04:24 (UTC +04:00)

İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus olduğu bildirilən hərbi obyektlərə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi iddia olunan təlim düşərgəsindəki onlarla raket və buraxılış qurğusu olub.

İsrail ordusunun məlumatına görə, sözügedən obyekt Livanın cənubundakı Eyn ət-Tina yaşayış məntəqəsi ərazisində yerləşir.

İsrail tərəfi raketlərin ölkəyə qarşı hücumlarda istifadə üçün nəzərdə tutulduğunu və zərbələrin təhlükənin aradan qaldırılması məqsədilə endirildiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR