Təşəbbüs qrupu
Bakı. Ramil Məmmədli-APA. Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan “Milli Şura” seçicilərin təşəbbüs qrupunun fəaliyyəti dayandırılmayıb.
Bu barədə məlumatı APA-ya Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Elman Məmmədzadə verib. O deyib ki, R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) 27 avqust tarixli iclas qərarı Təşəbbüs Qrupuna ötən gün təqdim olunub. Bu qərardan müvafiq məhkəmə instansiyasına müraciət olunacaq.
E. Məmmədzadə qeyd edib ki, əgər məhkəmə müsbət qərar verərsə,
R. İbrahimbəyovun vəkili Fuad Ağayev isə APA-ya açıqlamasında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin MSK-nın qərarından məhkəməyə müraciət etməsi ilə bağlı bütün zəruri sənədlər hazırdır və şikayət ərizəsi gün ərzində Bakı Apellyasiya Məhkəməsinə təqdim olunacaq.
Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya bildirib ki, Bakı Apellyasiya Məhkəməsi MSK-nın R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması ilə bağlı qərarının qüvvədən düşməsinə dair qərar çıxararsa, Milli Şura onun namizədliyinin dəstəklənməsi məsələsinə yenidən baxa bilər.