Bakı -APA. “NİDA” Vətəndaş Hərəkatının media koordinatoru Elmin Bədəlov bu gün tutduğu vəzifədən və Hərəkatdan istefa verib.
APA-nın verdiyi məlumata görə, Elmin Bədəlov bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Elmin Bədəlov qeyd edib ki, bundan sonra heç bir təşkilatda olmayacaq: “Əslində bundan əvvəl də heç bir təşkilatda olmadan fəaliyyət göstərmişəm. İlk qoşulduğum təşkilat “NİDA” olub. Bu təşkilatdan ayrılmağıma baxmayaraq, burada mənim xeyli dostum və vicdanlı insan var. Onlar mənim yenə də dostum olaraq qalır. Bütün NİDA üzvlərinə uğurlar arzu edirəm”.