Bank Of Baku

“Qarabağ Qaziləri" İctimai Birliyi: “Biz aksiya keçirmirik”

“Qarabağ Qaziləri" İctimai Birliyi: “Biz aksiya keçirmirik”
# 27 dekabr 2013 08:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu yazıb.

 

O qeyd edib ki, dünən Z.Həsənovun səhhəti ilə maraqlanıblar: “Daha sonra "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Həmkarlar İttifaqı Konfederasiyasında Səttar Mehbalıyevlə görüşüb”.

 

R.Kərimoğlunun yazdığına görə, Z.Həsənovun səhhəti ağır olaraq qalır: “Həkimlər onun yaşama şansının çox az olduğunu deyirlər. Yaxın 2-3 gündə dünyasını dəyişməsə, yaşamasına ümid artacaq”.

 

R.Kərimoğlu dünən xəstəxanada aksiya keçirmədiklərini də qeyd edib: “Bu barədə yazılanlar həqiqəti əks etdirmir. Sosial şəbəkələrdə şənbə günü Qarabağ qazilərinin Fəvvarələr meydanında etiraz aksiyası keçirməsi ilə bağlı məlumat da yayılıb. "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri kimi rəsmi şəkildə bəyan edirəm ki, bizim təşkilatımız və ya bu gün məsləhətləşdiyimiz digər təşkilatlar yaxın günlərdə aksiya keçirməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR