Bank Of Baku

“ReAL” hərəkatının icraçı katibi: “Bəzi müxalifət partiyaları hərəkatımızın artan nüfuzuna və populyarlığına qısqanclıqla yanaşır”

“ReAL” hərəkatının icraçı katibi: “Bəzi müxalifət partiyaları hərəkatımızın artan nüfuzuna və populyarlığına qısqanclıqla yanaşır”
# 24 sentyabr 2013 11:28 (UTC +04:00)

Hərəkatımızın artan nüfuzuna və populyarlığına müəyyən qısqanclıqla yanaşırlar”. Bu açıqlamanı APA-ya ReAL” (Respublikaçı Alternativ) hərəkatının icraçı katibi Natiq Cəfərli verib.

 

N. Cəfərli deyib ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun sosial şəbəkələrdə yazdıqlarına münasibət bildirmək istəmir: “Mən “narıncı çocuklar” ifadəsini söyləyərkən düşünməyi bacarmayan, liderlərinin ağzına baxan, rəhbərlərini hamıdan ağıllı sayan, hətta onlara etiraz etməyi bacarmayan, liderlərinin dedikləri ilə oturub-duran, yeni və ümumiyyətlə, düşüncəni qəbul etməyən insanları nəzərdə tuturam. Burada nə yaş məsələsi, nə solçuluq, nə də digər məsələləri nəzərdə tutmurdum. Açığı, onun bu cür qəbul etməsi və anlaması onun içində olan problemlərdən xəbər verir. Mənim nəzərdə tutduğum məqam düşünmə qabiliyyəti ilə bağlı idi. Müəyyən məsələlərə onların aqressiv münasibət bildirməsi ondan xəbər verir ki, yazdıqlarımızı ya anlamırlar, ya da anlamaq istəmirlər”.

 

N. Cəfərli son vaxtlar “ReAL” hərəkatının fəalları ilə Demokratik Qüvvələrin Milli Şurasının üzvləri arasında, əsasən də sentyabrın 22-də keçirilən mitinqdən sonra gərginlik yaranmasını belə şərh edib: “Bu gün dünyanın inkişaf konsepsiyasında sadə formula var. Tənqidə önəm verən, onu dinləyən, problemlərin aradan qaldırılmasına çalışan insanlar, təşkilatlar, partiyalar həmişə uğur qazanır. Təəssüf ki, onlarda belə deyil. Sonuncu mitinqdə mənimlə birgə hərəkatımızın çoxlu sayda üzvü iştirak edib. Baxmayaraq ki, bu mitinqdə iştirak etdik, aksiyadan sonra bəzi məsələlərin yanlışlığı və düzəldilməsinə ehtiyac olduğu haqda müəyyən fikirlərimiz oldu. Bu, sırf səmimi tənqiddir. Təəssüf ki, tənqidlərimiz hər iki partiya arasında qeyri-adekvat qarşılandı, qərəzli yanaşmaya məruz qaldı və çox böyük tənqid hədəfinə çevrildi. Hətta təhqirlərə də yol verildi. Normal fikirlərimizə ciddi dözümsüzlük nümayiş etdirdilər”.

 

Qeyd edək ki, 22 sentyabr mitinqindən sonra “ReAL” hərəkatının icraçı katibi Natiq Cəfərlinin “Facebook”da yazdığı tənqidi statusa və xüsusən “narıncı çoçuklar” ifadəsinə Milli Şuraya daxil olan partiyaların biz çox üzvü və tərəfdarı cavab verib. AXCP mətbuat xidmətinin rəhbərli Natiq Adilov cavab olaraq özünün “Facebook” səhifəsinə bunları yazıb: “Natiq Cəfərli yəqin ki, “narıncı çocuklar” deyəndə bizləri - 2005-ci ilin parlament seçkilərində narıncı rəngi simvol seçənləri deyir. Bu ifadənin xüsusi anlamı var. Xüsusən Türkiyənin deyinməkdən başqa əlindən bir şey gəlməyən solçularının istilahı olan bu ifadə “Sorosun çocukları” ilə sinonimdir. Bu ifadə “Qərbin əl quzusu” anlamına gəlir və əsəsən qrant fondlarından külfət saxlayanlara belə deyirlər. Bizim ölkədə “Sorosun çocukları” ayaması ən yaxşı onlara yapışır. Allah qapısını açsın, “ReAL”ın sədri İlqar Məmmədov “Soros” Fondunda rəhbərlikdə olub”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR