Bank Of Baku

ABŞ-ın yüksək vəzifəli şəxsləri prezident İlham Əliyevi təbrik ediblər

 ABŞ-ın yüksək vəzifəli şəxsləri prezident İlham Əliyevi təbrik ediblər
# 11 oktyabr 2013 16:05 (UTC +04:00)

Bakı – APA. ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları, yüksək vəzifəli şəxsləri İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

 

APA-nın xəbərinə görə, Nümayəndələr Palatasının üzvü Ted Poe təbrik məktubunda Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq yazır: “Sizi və xalqınızı ABŞ-la birgə Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlar münasibətilə də təbrik etmək istəyirəm”.

 

Azərbaycanla ABŞ-ı bir çox sıx əlaqələrin birləşdirdiyini deyən T.Poe ölkəmizin enerji layihələrində oynadığı roldan məmnun olduğunu bildirib: “Siz Azərbaycanın enerji sənayesində dünyadakı mühüm rolunu günüdən-günə genişləndirirsiniz. Mən Sizin Azərbaycan xalqının rifahı üçün etdiklərinizi yüksək qiymətləndirirəm. Azərbaycanda bu gün azadlıq hökm sürür. Sizin prezidentliyinizin növbəti dövründə Azərbaycanın ABŞ-ın sadiq dostu olaraq qalacağına inanıram”.

 

ABŞ-ın Texas Ştatından olan Nümayəndələr Palatasının üzvü Pete Olso və Nyu-York Assambleyasının üzvü Aleks Brukrestliy də İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR