Bank Of Baku

Azərbaycan prezidenti “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

 Azərbaycan prezidenti “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb
# 29 aprel 2014 15:01 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

 

Habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin etmək və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR