Bank Of Baku

® Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsi Domodedovo şəhərində İlham Əliyevə dəstək aksiyası keçirib - FOTOSESSİYA

<font color=red>® </font>Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsi Domodedovo şəhərində İlham Əliyevə dəstək aksiyası keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 04 oktyabr 2013 14:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsi Moskva vilayətinin Domodedovo şəhərində Azərbaycanda prezident seçkiləri ilə bağlı aksiya keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Domodedovo şəhərinin Mədəniyyət Evində təşkil edilmiş mərasimdə 800 nəfərdən çox şəxs iştirak edib.

 

Tədbir Rusiya prezidenti Vladimir Putinin Bakıya işgüzar səfərindən hazırlanmış videoçarxla başlayıb.

 

Domodedovo şəhər administrasiyasının rəhbəri Dmitri Qorodetsk çıxışında tədbirin Azərbaycan-Rusiya dostluğunu sübut edən növbəti mərasim olduğunu söyləyib: “Sevindirici haldır ki, təmirdən sonra 800 nəfərlik bir zalda oturmağa yer yoxdur. Fəxr edirəm ki, bu tədbirdə təkcə Azərbaycan diasporu yox, Domodedovo şəhərinin bütün rəhbər orqanlarının nümayəndələri, sadə domodedovolular iştirak edir. Bu hər iki xalqın Azərbaycan-Rusiya dostluğuna olan inamının göstəricisidir. Domodedovo şəhər dairəsi Moskva vilayətinin ərazicə 2 faizini təşkil etsə də, Moskva şəhəri ilə ərazisi təxminən eynidir, iqtisadi baxımdan isə biz şəhər dairəmizin iqtisadi göstəriciləri ilə Rusiyanın 34 subyektindən irəlidəyik. Deməliyəm ki, Domodedovo da Azərbaycanın şəhərləri kimi sürətlə inkişaf edən şəhərlərdəndir. Bu inkişafda şəhərdə yaşayan minlərlə azərbaycanlının xidməti və əməyi var. Biz bu gün ənənəvi Azərbaycan-Rusiya dostluğunu təsdiqləmək üçün, Azərbaycanın prezidenti İlham Əliyevə olan hörmətimizi bildirmək üçün buraya toplaşmışıq”.

 

Administrasiya rəhbəri Rusiya-Azərbaycan münasibətlərinin heç vaxt ikinci plana düşmədiyini söyləyib: “Münasibətlərimiz əsl dostlar arasında olduğu kimi, hər zaman həqiqi, layiqli, ədalətli xarakter daşıyıb və daşıyır. Hesab edirəm ki, əgər ölkədən kənardakı azərbaycanlılar vətəndaşlığından asılı olmayaraq Azərbaycan prezidentinə, öz vətənlərinə belə sədaqət və məhəbbət nümayiş etdirirsə, deməli, bu seçkilərin də nəticəsini öncədən təxmin etmək olar. Mən sizi təbrik edirəm ki, sizin Azərbaycan kimi gözəl diyarınız var. Bizim şəhər dairəsinin ərazisindəki Domodedovo aeroportuna 82 aviaşirkətin, o cümlədən AZAL-ın təyyarələri gəlir. Mən inanıram ki, Azərbaycanla Domodedovo arasında olan körpü, o cümlədən hava körpüsü daha da inkişaf edəcək və nəticə etibarilə biz öz şəhərimizi Azərbaycanın hər hansı bir şəhəri ilə qardaşlaşdıracağıq”.

 

Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin rəhbəri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov Dmitri Qorodetskinin fikirlərini davam etdirərək İlham Əliyev və Vladimir Putinin apardığı milli siyasətin xalqlara qazandırdığı uğurlardan, verdiyi töhfələrdən danışıb: “Azərbaycanda prezident seçkilərinə həsr edilmiş bu vacib aksiyada fəal iştirakınıza görə hər birinizə təşəkkür edirəm. ÜAK-in regional bölmələri bütün Rusiyanı əhatə edir və hər yerdə seçkilərlə əlaqədar bu kimi tədbirlər keçirilir. Azərbaycan və Rusiya prezidentləri münasibətlərimizə yüksək qiymət veriblər. İki ölkə arasında həllini tapmayan məsələ yoxdur. İstənilən məsələni danışıq yolu ilə prezidentlərimiz həll edə bilir. Bu, Heydər Əliyevin qoyduğu siyasi kurs və bu kursu davam etdirən İlham Əliyevin uzaqgörənliyi və siyasi savadının nəticəsidir. İlham Əliyevin ölkə daxilində sosial, iqtisadi siyasətinin səmərəsini biz hiss edirik. Deyərdim ki, bu səmərəli fəaliyyətin nəticəsini gələcək nəsillər də görəcək. İnanıram ki, 9 oktyabrda xalqımız düzgün seçim edərək öz səsini İlham Əliyevə verəcək”.

 

Daha sonra Azərbaycan - Rusiya dostluğuna həsr edilmiş konsert proqramı təşkil olunub. 4 saata yaxın davam edən musiqi bayramında Rusiya və Azərbaycan musiqi sənətinin təmsilçiləri səhnəni bölüşüblər. Azərbaycanın xalq artistləri Samir Cəfərov və Mələkxanım Eyyubova, əməkdar artist Tünzalə Ağayeva, Qaya Dövlət Mahnı Ansamblı, milli rəqqaslar, Rusiyanın “Respublika” və “Mister X” musiqi qrupları tamaşaçılara unudulmaz dəqiqələr yaşadıblar. Tədbir iştirakçılarının hər birinə İlham Əliyev və Vladimir Putinin görüşləri əks edilmiş və hər kəsi prezident İlham Əliyevə səs verməyə çağıran broşurlar paylanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR