“Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse - spikeri, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət bildirib.
O qeyd edib ki, AİHM-nın rəsmi statistikalarında vəziyyət fərqlidir: “Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qərarların sayından daha çoxdur. 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub. Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir. Əhalidə məhkəmələrə böyük inam formalaşıb. İslahatlar nəticəsində hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, ölkədə hakim azlığı müşahidə olunur. İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hər 100 min nəfərə düşən hakim sayı 6 nəfərdir”.