Bank Of Baku

Ağdaş seçki dairəsində 241 gənc ilk dəfə səs verəcək

Ağdaş seçki dairəsində 241 gənc ilk dəfə səs verəcək
# 18 iyun 2016 06:41 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində Milli Məclisə təkrar seçkilərə start verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, səhər saat 8.00-da 40 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.

  

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov bildirib ki, dairə üzrə dəqiqləşdirilən son siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Onlardan 241 nəfəri ilk dəfə səs verən gənclərdir. Həmçinin, 161 seçici üçün daşınan qutunun aparılması müəyyən edilib ki, onlardan 5 nəfərin yaşı 100-dən yuxarıdır. Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR