Bank Of Baku

Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə missiyası: “Vətəndaşların seçkiyə hazırlığı yüksəkdir”

Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə missiyası: “Vətəndaşların seçkiyə hazırlığı yüksəkdir”
# 08 oktyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə missiyası bu gün Bakıda mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, missiya üzvü estoniyalı deputat Vladimir Velman bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub.

 

Artıq bir neçə gündür məntəqələrlə və seçki prosesi ilə yaxından tanış olduğunu bildirən missiya üzvü seçkilərin keçirilməsi ilə bağlı heç bir qüsurun olmadığını bildirib. O, vətəndaşların seçkiyə hazırlığını da yüksək dəyərləndirib.

 

Missiyanın ABŞ-dan olan üzvü Lidia Lavson da həmkarı ilə eyni fikri bölüşərək bildirib ki, seçkilərə hazırlıq heç bir nöqsan özündə əks etdirmir.

 

Missiya üzvləri bildiriblər ki, seçki ərəfəsində Azərbaycan parlamenti üzvləri ilə də görüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR