A.Hacılı bildirib ki, partiyada qurultay barədə müzakirələr aparılır və yaxın aylarda qurultayın keçirilməsi nəzərdə tutulur: “Əslində qurultayla bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətimizə ehtiyac yoxdur. Çünki bizim bundan əvvəlki müraciətimiz qüvvədədir. Lakin ola bilər ki, yenidən bu məsələyə baxılsın. Bütün hallarda çalışacağıq ki, yaxın aylarda partiyanın qurultayını keçirək”.
Müsavat funksioneri qurultayın keçirilməsi üçün Opera və Balet Teatrını məqsədəuyğun hesab edir: “Qurultayın keçirilməsi üçün 800-1000 nəfərin iştirak edəcəyi bir zal lazımdır. Bura Əl Oyunları İdman Sarayı da ola bilər. Eyni zamanda Opera və Balet Teatrının zalında da belə bir qurultayın keçirilməsi mümkündür. Teatrın zalı 1060 nəfərlikdir, bu zalda AXCP və digər təşkilatların müxtəlif tədbirləri keçirilib. Bu baxımdan hesab edirəm ki, Opera və Balet Teatrının zalı verilsə, biz qurultayımızı keçirə bilərik”.