Bank Of Baku

Astaranın daha bir kəndinə təbii qaz verilib - FOTO

Astaranın daha bir kəndinə təbii qaz verilib  - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 21:39 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara rayonunun Şahağacı kəndinə təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Astarada qaz təsərrüfatının və əhalinin «mavi yanacaq»la keyfiyyətli təminatı istiqamətində böyük işlərin görüldüyünü xüsusi vurğulayıb. Bildirilib ki, rayonun yaşayış məntəqələrinin «mavi yanacaq»la təmin olunması üçün başlanılan işlər qısa zaman ərzində öz həllini tapıb.

 

Kəndə qaz xətləri bir pilləli sistemlə çəkilib.

 

Bununla da Astara rayonunda 34  yaşayış məntəqəsi təbii qazla təmin olunub. Hazırda Astara şəhəri və Ərçivan qəsəbəsində yenidənqurma işləri gedir, qaz boruları yeniləri ilə əvəz olunur. Rayonun Telman və Züngüləş kəndlərinin də “mavi yanacaq”la təmin olunması üçün paylayıçı xətlər çəkilir. İlin sonuna kimi adıçəkilən yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR