APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Prezident!
Azərbaycan xalqının yüksək təqdiri və iradəsi əsasında zati-aliləri, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə şəxsən öz adımdan, ofisim və iş yoldaşlarım adından səmimi təbriklərimi bildirirəm. Azərbaycan xalqının və dövlətinin birlik, bütövlük, xoşbəxtlik, sabitlik və rifah içində inkişafının davam etməsini diləyirəm”.