Bank Of Baku

ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinin monitorinqinin proqramını və müşahidə missiyasının tərkibini açıqlayıb

ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinin monitorinqinin proqramını və müşahidə missiyasının tərkibini açıqlayıb
# 29 avqust 2013 08:03 (UTC +04:00)

APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunmüddətli müşahidə missiyasının nümayəndələri sentyabrın 11-dən yerlərdə seçkiqabağı durumu öyrənmək məqsədilə bölgələrə gedəcəklər.

 

ATƏT DTİHB-in qısamüddətli müşahidə missiyası isə Azərbaycana oktyabrın 5-də gələcək. Bu missiyanın üzvləri oktyabrın 7-də regionlara gedəcəklər.

 

Seçkilərdən bir gün sonra, oktyabrın 10-da ATƏT DTİHB-in missiyası mətbuat konfransı keçirərək ilkin müşahidələrin nəticələrini açıqlayacaqlar. Qısamüddətli missiya Azərbaycanı oktyabrın 11-də, uzunmüddətli missiya isə oktyabrın 15-də tərk edəcək.

 

Bu missiyalar seçkiləri Azərbaycan hökumətinin dəvəti əsasında müşahidə edir.

 

Tana de Zuluetanın rəhbərlik etdiyi, 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək.

 

ATƏT DTİHB-in qısa müddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.

 

Xatırladaq ki, ATƏT DTİHB 1995-ci ildən etibarən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci ildə keçirilən prezident seçkilərini müşahidə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR