Bank Of Baku

ATƏT sədri və ATƏT PA prezidenti Azərbaycan və Gürcüstanda seçkiləri müşahidə məsələsini müzakirə ediblər

ATƏT sədri və ATƏT PA prezidenti Azərbaycan və Gürcüstanda seçkiləri müşahidə məsələsini müzakirə ediblər
# 30 avqust 2013 16:07 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç arasında telefon danışığı olub. APA-nın Ukrayna XİN-ə istinadən yaydığı məlumata görə, danışıq zamanı əməkdaşlıq məsələləri, ATƏT institutlarının Azərbaycan və Gürcüstanda prezident seçkilərini müşahidə məsələsi müzakirə olunub.

 

ATƏT sədri ATƏT PA-nın quruma üzv ölkələrdə seçkilərin beynəlxalq müşahidəsinin həyata keçirilməsində önəmli rol oynadığını qeyd edib. O həmçinin ATƏT PA müşahidəçilərinin Azərbaycanda seçkiləri müşahidə etməkdə aktiv olacağına ümidvar olduğunu deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR