Bank Of Baku

AVCİYA nümayəndələri Bərdədə ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüş keçiriblər

AVCİYA nümayəndələri Bərdədə ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüş keçiriblər
# 30 sentyabr 2013 16:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və AVCİYA-nın Bərdə rayonu üzrə nümayəndəsi Xaliq Məmmədov Bərdədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Mario Barfus və Semus Martin ilə görüş keçiriblər. APA-nın xəbərində görə, görüşdə AVCİYA-nın prezident seçkiləri ilə bağlı gördüyü işlər, assosiasiyanın regionlarda müşahidəçilər üçün keçirdiyi seminarlar, namizədlərin təşviqat kampaniyasının gedişi, QHT-lərin seçkiləri müşahidə etməsinin hüquqi bazası,  hər iki qurumun hazırladığı aralıq hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçilərinin regionlarda fəaliyyət göstərən nümayəndələrinin AVCİYA-nın yerli qurumları ilə əməkdaşlığının davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR