Avropa Birliyi ölkələrinin, ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri prezident seçkiləri ilə bağlı birgə bəyanat yayıb

Avropa Birliyi ölkələrinin, ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri prezident seçkiləri ilə bağlı birgə bəyanat yayıb
# 28 avqust 2013 10:17 (UTC +04:00)

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, seçkilərin yaxınlaşdığını nəzərə alaraq, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini ürəkdən arzulayır və buna ümid edir:

“Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və növbəti il Avropa Şurasında Sədrlik edəcəyi baxımından, aşağıdakı aspektlərin mühümlüyü daha da artır və onlar daha çox ictimai xarakterə malik olur.

Demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün biz hökuməti zəruri şərait təmin etməyə çağırırıq.

Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq.

Seçkilərin hamı üçün açıq, şəffaf və açıq şəkildə keçməsini dəstəkləmək üçün hökumətin beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından işləməsini tövsiyə edirik.

Hər zaman olduğu kimi, hökumətin göstərdiyi səyləri və seçki prosesinin hamı üçün açıq, tam şəffaf və etibarlı şəkildə hazırlanması və təmin edilməsi üçün hər bir tərəfin atacağı addımı hökumətlə konstruktiv dialoqda müzakirə etmək arzusunda olan vətəndaş cəmiyyəti üzvlərinin cəhdlərini dəstəkləməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR