Bank Of Baku

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb
# 26 sentyabr 2013 07:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb.

 

Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib.

 

E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib.

 

Avropa Parlamenti seçkiləri müşahidə missiyasının tərkibi Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarətdir. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR