Bank Of Baku

Avropalı deputatlar: “İnsanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər”

Avropalı deputatlar: “İnsanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər”
# 09 oktyabr 2013 09:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Avropa ölkələrinin parlamentlərindən olan bir sıra müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə prosesini izləyirlər.

 

APA-nın xəbərinə görə, Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka Səbayel rayonu, 28 saylı Nəsimi-Səbayel seçki dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə prosesinin başlanmasını müşahidə edib.

 

O, prosesi səhər saatlarından izlədiyini qeyd edərək əlavə edib ki, bu vaxta qədər beş seçki məntəqəsində müşahidə aparıblar: “Səhər müşahidələrə başladığımız üçün deyə bilərəm ki, insanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim. Məncə, seçki prosesi hələlik normal keçir”.

 

Eyni məntəqədə seçkiləri izləyən Polşa parlamentinin üzvü Tadeuş Wozniak isə deyib ki, hələlik seçki ilə bağlı heç bir problemlə üzləşməyiblər: “Biz Azərbaycanda demokratiyanın necə inkişaf etməsini izləyirik. Bu vaxta qədər bir neçə seçki məntəqəsində olmuşuq və heç bir pozuntu müşahidə etməmişik. Ümumiyyətlə, deyə bilərəm ki, indiyədək seçki prosesi normal keçir”.

 

Qeyd edək ki, Səbayel rayonu 28 saylı Nəsimi-Səbayel seçki dairəsinin 28 saylı seçki məntəqəsində ümumi olaraq 1131 nəfərin adı seçici siyahısına salınıb. Bu vaxta qədər 220-dən artıq seçici səs verib, 7 nəfər qeydiyyatdan çıxma vəsiqəsi alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR