Bank Of Baku

AXCP və Müsavat Asəf Quliyevin istefasına münasibət bildirib

AXCP və Müsavat Asəf Quliyevin istefasına münasibət bildirib
# 04 oktyabr 2013 15:25 (UTC +04:00)

AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Asəf Quliyevin partiyadan və Milli Şuradan istefasına münasibət bildirən F. Qəhrəmanlı bundan təəssüfləndiklərini söyləyib: “Amma Asəf Quliyevin mövqeyini dəyişəcəyinə inanmırıq. Kifayət qədər əqidəli, prinsipial mövqe tutmuş mübarizə dostumuz olub. Hesab edirik ki, onun bu addımı sadəcə, partiyadan ayrılmaqdır. Bu yolu davam etdirəcəyinə inanırıq”.

 

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə qeyd edib ki, A. Quliyevin istefasının səbəbi ona məlum deyil: “Mən istefa verənlərlə bağlı həmişə deyirəm: Onun gücü bura qədər çatır. Amma gedəndə bəhanəsiz getmək lazımdır. Bir yerdə olduğu insanlar haqda tənqidi fikirlər səsləndirməsi səmimi qəbul olunmur”. 

 

Qeyd edək ki, AXCP sədrinin müavini Asəf Quliyev partiyadan və Milli Şuradan istefa verib. Əlavə edək ki, A. Quliyev həm də Milli Şuranın Mitinq Komitəsinin sədri olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR