Bank Of Baku

Azərbaycan Mətbuat Şurası MSK-nın Müstəqil Mətbuat Mərkəzi ilə tanış olub - VİDEO - FOTO

Azərbaycan Mətbuat Şurası MSK-nın Müstəqil Mətbuat Mərkəzi ilə tanış olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 05 oktyabr 2013 08:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzi ilə tanışlığı olub.

 

APA-nın məlumatına görə, tanışlıqdan sonra keçirilən mətbuat konfransında MSK katibliyinin rəhbəri Rövzət Qasımov bildirib ki, mərkəzin açılışı seçkilərin şəffaf keçirilməsinə xidmət edir.

 

Onun sözlərinə görə, jurnalistlər mərkəzdən seçkilərlə bağlı yüksək səviyyədə istifadə edə biləcəklər.  MŞ sədri Əflatun Amaşov isə bildirib ki, mərkəz seçkilər günü xüsusi əhəmiyyət daşıyacaq. O qeyd edib ki, eyni zamanda seçkilərin şəffaf keçirilməsində, nəticələrinin tam obyektiv olmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür: “Qanunvericilik baxımından mətbuatın seçkiləri işıqlandırmasında heç bir problem yoxdur. Məndə olan məlumata görə, hətta artıq 50-dən çox xarici KİV artıq seçkiləri işıqlandırmaq üçün akkreditə ilə bağlı müraciət ediblər”. Ə.Amaşov mərkəzin öz işini layiqincə yerinə yetirəcəyini deyib.

 

Mərkəzin koordinatoru Elşad Fərzəliyev isə mərkəzin təchizatı və fəaliyyəti barədə danışaraq bildirib ki, bura müasir standartlara cavab verən bütün növ texniki təchizat ilə təmin olunub: “Burada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR