Bank Of Baku

Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılır, 3-nün isə adı dəyişdirilir-SİYAHI

Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılır, 3-nün isə adı dəyişdirilir-<span style="color: red;">SİYAHI
# 24 noyabr 2015 11:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var.

 

APA-nın əldə etdiyi məlumata görə, parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır.

 

Həmçinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq.

 

Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR