APA-nın məlumatına görə, prezident giriş nitqində 2014-cü ilin birinci rübündə də Azərbaycanın dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirib.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını deyən dövlət başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğulayıb, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
Prezident qeyd edib ki, ölkənin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon insanın bu müayinədən keçdiyini deyən dövlət başçısı üçüncü regional, o cümlədən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyətindən danışıb. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüldüyünü deyən prezident Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini bildirib. Dövlət başçısı deyib ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirib.
“Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən dövlət başçısı bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd edib. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən prezident ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb.
Sonra vergilər naziri Fazil Məmmədov, energetika naziri Natiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, xarici investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı yaxın vaxtlarda kənd təsərrüfatında islahatların daha da dərinləşdirilməsi üçün yeni sərəncamın veriləcəyini bildirib. Ölkədə əhalinin sayının 9 milyon 500 min nəfərə çatdığını deyən Azərbaycan prezidenti qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söyləyib.
Dövlət başçısı qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Bundan əlavə, paytaxtın gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Görülən tədbirlər ordu quruculuğunu da əhatə edəcək, bu sahədə infrastruktur layihələrinin icrası, o cümlədən Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərinin həlli diqqət mərkəzində olacaq.
Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirib, ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlarını verib. Bu il ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu deyən dövlət başçısı Azərbaycanın bu beynəlxalq idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayıb.
Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Daxili siyasət
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Xəbər Lenti
Prezidentin sosial şəbəkə hesablarında Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Türkiyədə "Halk TV"-yə qarşı növbəti əməliyyat keçirilib, Ece Üner və Deniz Bayramoğlu da daxil olmaqla, 9 nəfər saxlanılıb
Azərbaycanda gəmi-bərələrlə daşınmış avtotexnikanın sayı 12% artıb
Yeni 124 dövlət standartı layihəsi hazırlanıb
SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib
Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb
Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilib - FOTO - VİDEO
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması əməkdaşlığımızı genişləndirmək əzmimizin göstəricisidir
Estoniya XİN rəhbəri: Bakıda səfirlik açacağımıza söz vermişdik, vədimizi yerinə yetirdik
Milli Məclisin iclası başlayıb
Məleykə Abbaszadə BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın konfransında iştirak edib
Batumidə “Beşiktaş” azarkeşləri ilə insidentdə 3 polis xəsarət alıb, 16 nəfər saxlanılıb
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edib
Ali Məhkəmə körpənin doğuşda ölümü ilə bağlı ginekoloq barəsində hökmü ləğv edib, işə yenidən baxılacaq
Səngəçalda yol qəzası olub, ölən var
Əmtəə bazarlarında qızıl 3%, gümüş isə 9%-dən artıq bahalaşıb
Qarabağda dənli və dənli paxlalı bitkilərin yığımı 8%-ə yaxın artıb
“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Azərbaycan-Ermənistan "Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələrdə müzakirələr keçirilib - FOTO - VİDEO
“PAŞA Sığorta” və Toyota-dan ilin son təklifi!
Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb - FOTO
Bu ilin on ayında əhaliyə verilən sosial müavinətin məbləği açıqlanıb
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
ƏMTQ üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq
Avtomobillə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən sahibkarlar üçün yeni vergi güzəştləri olacaq
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanun pozuntusunun aradan qaldırılması tələb olunub - VİDEO
Ağsuda üzərinə ağac aşan azyaşlı ölüb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib
Bu günün valyuta məzənnələri
Dünya bazarlarında neft bahalaşıb
Elçin Əmirbəyov Kanadada Azərbaycan–Ermənistan sülh prosesini və Zəngəzur dəhlizini müzakirə edib
Bakıda sıxlıq olan yollar açıqlanıb
Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib
Aİ-nin üç ölkəsi Ukraynaya əlavə 45 milyard avro ayrılmasını dəstəkləməyib
Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülür - FOTO
Makron Ukraynanın maliyyələşdirilməsi ilə bağlı şübhə yaratmamağa çağırıb
İsrailin müdafiə naziri bir milyon fələstinlini Qəzzadan köçürməklə hədələyib
Tramp İranın ABŞ ilə razılaşmaya gedəcəyinə şübhə edir
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib