Bank Of Baku

Baş prokuror Zakir Qaralov Şirvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov Şirvanda vətəndaşları qəbul edəcək
# 03 dekabr 2013 20:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. APA-nın Mil-Muğan bürosunun Baş Prokurorluğun saytına istinadən veridiyi məlumata görə,  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR