Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
APA-nın xəbərinə görə, artıq Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Sirac Kərimli, Ömər Məmmədov, Hilal Məmmədov, Rəşad Həsənov, Yadigar Sadıqov, Pərviz Həşimli, Tofiq Yaqublu və Anar Məmmədli azadlığa buraxılıb. Onların bəzilərinin azadlıqdakı ilk fotoları artıq sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.