Bank Of Baku

Azərbaycanda indiyədək 22 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb, onlardan 18-nin namizədliyi təsdiqlənib

Azərbaycanda indiyədək 22 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb, onlardan 18-nin namizədliyi təsdiqlənib
# 29 avqust 2013 14:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatın görə, yığıncaqda 27 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

 

İclasda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydasına, o cümlədən MSK nəzdində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə MSK-nın 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı qərarına da dəyişiklik edilib.

 

Qeyd edək ki, ümumilikdə indiyədək 22 nəfərin namizədliyi irəli sürülüb, onlardan 18  nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Qüdrət İsaqov, İlyas İsmayılov, İlqar Məmmədov (ReAL hərəkatı), Cəmil Həsənlinin namizədlikləri təsdiq olunub.

 

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

 

“Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb.

 

Bir nəfər - Əli İsa Ağaevli isə öz təşəbbüsü ilə namizədliyindən imtina edib.

 

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR