Bank Of Baku

Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaq

Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaq
# 10 sentyabr 2013 14:10 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

 

B. Muradova qeyd edib ki, oktyabrın 13-14-də keçiriləcək sessiyadan sonra Azərbaycanda seçkiləri izləyən ATƏT PA müşahidə missiyasının rəhbəri seçki haqqında Daimi komitənin iclasında məlumat verəcək: “Baxmayaraq ki, bu barədə indidən heç nə deye bilmərəm, amma bununla bağlı yekun hesbatlar bir qayda olaraq seçkidən sonra açıqlanır və müzakirəyə çıxarılır. ATƏT PA sessiyası çərçivəsində də belə müzakirələr olacaq”.

 

Qeyd edək ki, fransalı deputat Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in PA müşahidəçi missiyası seçkiöncəsi və seçkilər günü Azərbaycana səfər edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR