Bakı – APA. Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunda bu gün keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə bağlı 16 saylı Yasamal II Dairə Seçki Komissiyasının 42 saylı məntəqə seçki komissiyası yaradılıb.
APA-nın xəbərinə görə, seçki məntəqəsinin seçici siyahısında Aktau, Atrau, Aktyubinsk və Mangistau vilayətində yaşayan 1500-dən artıq var.
Seçkini komissiya üzvlərindən başqa yerli ictimaiyyət nümayəndələri, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri də izləyirlər. Baş konsulluqda Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin səsverməsi üçün hər bir şərait yaradılıb. Aktau şəhərindən və seçki məntəqəsindən uzaqda yaşayan vətəndaşlarımızın seçkiyə gəlməsi üçün yerli diaspor və azərbaycanlı iş adamları tərəfindən nəqliyyat vasitələri təşkil olunub.