Bank Of Baku

Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə keçirilir

Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə keçirilir
# 09 oktyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binasında təşkil olunan 33 saylı seçki məntəqəsində səsvermə başlanıb.

 

APA-nın Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri, məntəqə seçki komissiyasının sədri Azər Hüseyn komissiya üzvlərinin iştirakı ilə səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işlərini bir daha nəzərdən keçirib. Sonra diplomat bu məntəqədə ilk seçici kimi səs verib.

 

Qeyd edək ki, Tbilisidəki 33 saylı seçki məntəqəsində 275 seçici qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR