Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat açıqlayıb

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat açıqlayıb
# 23 sentyabr 2013 10:37 (UTC +04:00)

BŞBPİ-dən APA-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı,  eləcə də, bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR