APA-nın məlumatına görə, forumun açılışında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Xələf Xələfov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov, SAM rəhbəri Fərhad Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, bir sıra deputatlar, xaricdə oxuyan azərbaycanlı tələbələr və QHT təmsilçiləri iştirak edirlər.
Forum çərçivəsində müxtəlif panellərdə “Azərbaycan gəncliyi 2011 – 2015 ci illərdə dövlət proqramı”, “2007 – 20015 ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı”, “Gənclik , lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ” və sair mövzularda debatlar keçiriləcək. Forum sabah da davam edəcək.