Bank Of Baku

Barak Obama hələlik Suriya ilə bağlı qərar qəbul etməyib

Barak Obama hələlik Suriya ilə bağlı qərar qəbul etməyib
# 27 avqust 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Suriyada hökumət qüvvələrinə zərbələrin endirilməsinə dair qərar hazırda qəbul olunmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda keçirilən brifinqdə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.   

 

“Prezident öz administrasiyası ilə bu məsələnin müzakirəsini davam edir. Hər-hansı qərar qəbul olunanda, bu barədə məlumat veriləcək”, deyə Karni deyib.  

 

Onun sözlərinə görə, Suriyada kimyəvi silahdan istifadə faktı cavabsız qala bilməz. “Cavab verilməlidir. Biz böyük ehtimalla Suriyada kimyəvi silahdan istifadə halını müəyyən edə bilmişik”, deyə Karni qeyd edib. “Bizdə çoxlu sübutlar var - o cümlədən, “Sərhədsiz həkimlər” kimi müstəqil təşkilatlardan, həyatlarını təhlükəyə ataraq orada çalışan sizin həmkarlarınız tərəfindən təqdim olunmuş faktlar var”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR